...

Kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 26 Fevral 2025 11:10 (UTC +04:00)
Kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,540 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon manat və ya 0,4% azdır.

Belə ki, 2024-cü ilin ilk ayında Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlətin həcmi 1,546 milyard manat olub.

Qeyd edək ki, ötən ayın sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,7 milyard manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 13,9% və ya 1,8 milyard manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,9 milyard manat idi.

Xatırladaq ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 12 min 26 kiçik sahibkarlıq subyekti fəaliyyət göstərir.

Kiçik sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində (4 min 133), ən azı isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (42) fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti