...

Energetika Nazirliyində Xocalı faciəsinin 33-cü ildönümü anılıb (FOTO)

İqtisadiyyat Materials 26 Fevral 2025 16:23 (UTC +04:00)
Energetika Nazirliyində Xocalı faciəsinin 33-cü ildönümü anılıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika Nazirliyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək 1992-ci ildə fevralın 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalı şəhərində dinc əhalinin başına gətirdikləri işgəncələrdən və törədilən cinayətlərdən bəhs edib. Xocalı soyqırımının təkcə Azərbaycan və azərbaycanlıların deyil, bütün insanlığın, bəşəriyyətin faciəsi adlandırıldığı vurğulanıb.

Tədbirdə Xocalı soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirilən mühüm addımlar diqqətə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan parlamenti Xocalı soyqırımı günü haqqında qərar qəbul edib. Vurğulanıb ki, ermənilərin törətdiyi dəhşətli cinayətlər xalqımızın mübarizə əzmini qıra bilməyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz şəhidlərimizin qanını yerdə qoymayıb, işğal altında olan torpaqlarımızı azad edib, Xocalı şəhidlərinin də qisasını alıb.

Sonra Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdən sonra Energetika Nazirliyi və tabeli qurumların rəhbərliyi və kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülərək faciə qurbanlarının əziz xatirəsi hörmət və ehtiramla anılıb.

Xəbər lenti

Xəbər lenti