Bakı. Trend:
Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafı ilə bağlı 2025-ci il üçün Yol Xəritəsinin yekun layihəsi hazırlanıb və yaxın günlərdə təsdiq üçün təqdim ediləcək.
Trend xəbər verir ki, bu barədə 27 fevral 2025-ci il tarixində keçirilən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupunun iclasında məlumat verilib.
İclasda qeyd edilib ki, Yol Xəritəsində ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması, infrastrukturun təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübələrin tətbiqinin genişləndirilməsi nəzərdə tutulub.