Bakı. Trend:
2024-cü ildə Azərbaycana ən çox turist Rusiyadan gəlib.
Trend xəbər verir ki, bu məlumatları Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid Bakıda keçirilən “Hərəkat” adlı beynəlxalq daşınmaz əmlak sammitinin açılışında təqdim edib.
Təqdimatda qeyd olunub ki, 2023-cü illə müqayisədə Rusiyadan Azərbaycana gələn turistlərin sayı 17 faiz artıb.
Kəmiyyət baxımından növbəti ən böyük turist axını Türkiyədən olub ki, illik ifadədə bu 13 faiz artıb. Bundan başqa, Hindistan (+108%), Çin (+93%), Pakistan (+47%), Qazaxıstan (+39%), Səudiyyə Ərəbistan (+22%) və İrandan (+27%) turist axınında əhəmiyyətli artım qeydə alınıb. Eyni zamanda, Gürcüstandan (+7%), Özbəkistandan (+17%) , BƏƏ (+2%) və başqa ölkələrdən gələn turistlərin sayında da artım müşahidə olunur.
Zenqstşmid Çindən turist axının əhəmiyyətli dərəcədə artmasının ilk növbədə Azərbaycanın Çin vətəndaşları üçün 1 il müddətinə vizasız rejim tətbiq etməsi ilə əlaqədar olduğunu vurğulayıb.