Bakı. Trend:
Son dövrlərdə, demək olar ki, hər bir ölkənin mərkəzi bankları tərəfindən qızıl rezervlərinin artırılmasına kəskin maraq yaranıb.
Trend xəbər verir, bunu Bakı Fond Birjasının (BFB) Məhsul İnkişafı Şöbəsinin aparıcı iqtisadçısı Ülkər Əhmədova bu gün Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə deyib.
O bildirib ki, həcm olaraq müqayisə etsək dünyada mərkəzi banklarının qızıl ehtiyatlarını artırmaqda Çin və Hindistan aparıcı mövqedə qərarlaşıblar:
"Azərbaycanda isə Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən olan qızıl rezervləri 2024-cü ildə 67 milyard dollara qədər gəlib çatıb. Biz buradan rezervlərin xarici borclanmaya nisbətini tapa bilərik. Bu nisbət nə qədər çox olarsa, iqtisadiyyat daha qorunmuş və stabil bir vəziyyətə gəlib çıxacaq. 2018-ci illə müqayisədə ölkədə bu nisbət 2.9-dan 7.7-yə çatıb. Bunu çox yaxşı bir nəticə hesab edə bilərik".