...

Bakı möhtəşəm təəssürat yaradır - Özbəkistan şirkətinin baş direktoru

İqtisadiyyat Materials 28 Fevral 2025 16:37 (UTC +04:00)
Bakı möhtəşəm təəssürat yaradır - Özbəkistan şirkətinin baş direktoru
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakı möhtəşəm təəsürat yaradır.

Bunu Trend-ə Özbəkistanın “Murad Buildings” developer şirkətinin baş direktoru Oybek Nurmuxamedov Bakıda keçirilən daşınmaz əmlak üzrə “Hərəkat” adlı beynəlxaq sammit çərçivəsində deyib.

“Bu, mənim Azərbaycana, Bakıya ilk səfərimdir, təəssüratlarım sadəcə möhtəşəmdir. Şəhər çox şeylərə nail olub - memarlıq üslubu həm Avropa, həm də post-sovet elementlərini harmonik şəkildə özündə birləşdirir. Bu arada, mədəniyyət, adət-ənənələr, isti insani münasibətlər də qorunub saxlanıb ki, bu da, həqiqətən, adamı sevindirir”, - deyə o bildirib.

Onun sözlərinə görə, şəhərin inkişaf miqyasları və perspektivləri adamı valeh edir, şirkətlərin inkişaf dinamikası isə nikbinlik yaradır.

“Xarici bazarlara çıxışa gəlincə, bizim Bakıdakı iştirakımız daha çox tanışlıq xarakteri daşıyır - biz bura bazarı araşdırmağa və təcrübə mübadiləsi aparmağa gəlmişik. Qısamüddətli perspektivdə bizim beynəlxalq bazarlara, o cümlədən, Azərbaycana çıxış planımız yoxdur, belə ki, bizim öz ölkəmiz də aktiv şəkildə inkişaf edir və indi biz məhz buna köklənməliyik. Bizim başlıca məqsədimiz və missiyamız - ilk növbədə öz doğma bazarlarımızı inkişaf etdirməkdir”, - deyə Nurmuxamedov bildirib.

Baş direktor bildirib ki, hazırda şirkət biznes-premium seqmentinə fokuslanır. Bu il məhz bu seqmentə yönəlmiş üç-beş yeni layihənin həyata keçirilməsi planlaşdırılır.

“Biz Yeni Daşkənd ərazisinin inkişafında perspektivlər və imkanlar görürük. Baş planlaşdırma ilə bağlı daha çox aydınlıq yaransa və məhsulumuzla töhfə verə biləcəyimizə əmin olsaq, mütləq bu bazara da daxil olacağıq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, “Murad Buildings” Özbəkistanın aparıcı developer şirkətlərindən biridir və artıq 21 ildən çoxdur ki, bazarda fəaliyyət göstərir. Şirkət yaşayış komplekslərinin tikintisi ilə məşğuldur və innovativ həllərə, smart texnologiyalara xüsusi diqqət ayırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti