Bakı. Trend:
Xorvatiya-nın "Prvo Plinarsko Društvo" (PPD) şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq potensialı müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Xorvatiya-nın "Prvo Plinarsko Društvo" (PPD) şirkətinin rəhbəri Pavao Vuynovak ilə görüşümüz zamanı şirkətin ölkəmizlə əməkdaşlıq potensialını, enerji və qida sənayesi sahəsində fəaliyyətin əlaqələndirilməsi imkanlarını müzakirə etdik”, - deyə paylaşımda bildirilib.