Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Dated Brent” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində azalma qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,89 ABŞ dolları və ya 2,4% azalaraq, 75,8 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 76,71 dollar/barel, minimum isə 75,15 dollar/barel olub.
Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 74,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,8 ABŞ dolları və ya 2,36% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 75,36 dollar/barel, minimum isə 73,83 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 2,29 ABŞ dolları və ya 3,8% azalaraq, 58,44 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 59,44 dollar/barel, minimum isə 57,44 dollar/barel olub.
“Dated Brent” markalı neftin orta qiyməti 2,34 dollar və ya 3,1% ucuzlaşaraq 73,56 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 74,57 dollar/barel, minimum isə 72,86 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
24.02.2025 |
25.02.2025 |
26.02.2025 |
27.02.2025 |
28.02.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$76,71 |
$75,15 |
$75,18 |
$76,24 |
$75,71 |
$75,80 |
Azeri Light FOB Ceyhan |
$75,36 |
$73,83 |
$73,90 |
$75,00 |
$74,44 |
$74,51 |
Urals (EX NOVO) |
$59,44 |
$57,51 |
$57,44 |
$58,92 |
$58,89 |
$58,44 |
Dated Brent |
$74,57 |
$72,90 |
$72,86 |
$74,00 |
$73,48 |
$73,56 |