...

Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazırdır

İqtisadiyyat Materials 3 Mart 2025 13:28 (UTC +04:00)
Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazırdır
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə martın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov onun dəvəti ilə Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə görüşü zamanı bildirilib.

Görüş zamanı nəqliyyat və logistika əlaqələrinin inkişafı əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. İki ölkə arasında 2024-cü ilin sonuna 21 faiz təşkil edən tranzit yükdaşımaların həcminin artımından məmnunluq ifadə olunub. Dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb.

Tərəflər hökumətlərin Orta Dəhlizin inkişafı ilə bağlı dövlət başçılarının tapşırıqlarını yerinə yetirməsini təmin etmək üçün qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.

Qazaxıstan tərəfinə beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçən bütün əlaqələrinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verilib. Bu kontekstdə Orta Dəhlizin genişlənməsinə mühüm töhfə verə biləcək Zəngəzur dəhlizinin işə salınmasının vacibliyi vurğulanıb.

Gəmiqayırma sektorunda da yaxşı perspektivlərin olduğu qeyd edilib. Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti