...

1,5 milyard kubmetr qaza qənəat ediləcək – Nazir müavini

İqtisadiyyat Materials 3 Mart 2025 14:23 (UTC +04:00)
1,5 milyard kubmetr qaza qənəat ediləcək – Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

1,5 milyard kubmetr qaza qənaət edəcəyik.

Trend xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

"Enerji səmərəliliyi ən ciddi, əhəmiyyətli enerji mənbəyi sayılır. Düşünürük ki, 2030-cu ilədək nəzərdə tutulan 2 giqavatlıq nəticəni 2027-2028-ci illərdə əldə edə biləcəyik.

Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının (İES) yenidən qurulması nəticəsində 1,5 milyard kubmetr qaza qənəat edəcəyik”, - deyə E.Soltanov vurğulayıb.

O əlavə edib ki, bu həcm “Abşeron” qaz yatağından hasil edilən qaza bərabərdir.

“Bu əhali və dövlət üçün müsbət xəbərdir. Əhali daha ucuz enerji əldə edə biləcək, dövlət isə qənaət olunan qazı digər sahələrə yönləndirə biləcək”, - deyə nazir müavini deyib.

Xəbər lenti

Xəbər lenti