Bakı. Trend:
Fevralın 28-də “Changan Azərbaycan”ın Babək prospekti 74A ünvanında ikinci rəsmi satış mərkəzinin açılış mərasimi baş tutub. Bununla da yeni bir mərhələnin başlanğıcını qeyd edən “Changan” Azərbaycanda fəaliyyətini genişləndirərək müştərilərinə daha yaxın olmağı hədəfləyib.
Açılışda Changan-ın İcraçı Vitse-Prezidenti İrven Li və nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, “Changan”ın Azərbaycandakı tək rəsmi distribütoru olan “SR Auto” yalnız bir avtomobil şirkəti deyil - bazarın inkişafına yön verən, müştəri məmnuniyyətini əsas tutan və premium avtomobil həlləri təqdim edən bir qurumdur.
“Changan”ın Azərbaycandakı genişlənməsi də məhz “SR Auto”un gələcəyə baxış strategiyasının bir parçasıdır. Brendin Babək filialının açılış mərasimində “SR Auto”un CEO-su Toğrul Paşayev çıxış edib. O, yeni filialın açılışı ilə təkcə yeni bir avtomobil mərkəzi təqdim etmədiklərini, həm də müştərilərinə daha rahat və keyfiyyətli xidmət göstərmək üçün yeni imkanlar yaratdıqlarını bildirib.
Bir sıra tanınmış şəxslərin, bloqer və media mənsublarının da iştirakı ilə rəng qatılan “Changan”ın Babək filialının açılış mərasimində daha sonra çıxış üçün söz MDB Biznes Birliyinin baş meneceri, “Changan”ın qlobal nümayəndəsi Viktor Sana verilib. O, "Changan"ın dünyada ən yaxşı avtomobil brendlərindən biri olduğunu və Bakıdakı yeni filialın açılışı ilə unikal, maraqlı dizaynı olan və texnoloji cəhətdən kifayət qədər zəngin avadanlıqla təchiz edilmiş bir brendlə müştərilərin qarşısına çıxdıqlarını bildirib.
Sonda isə “Changan”ın Azərbaycandakı rəsmi distribütoru – “Azərbaycan Avtomobil Evi “MMC-nin rəhbəri Orxan Bayramov media mənsublarının suallarını cavablandıraraq brendin yeni filialının açılış mərasimi ilə bağlı öz təəssüratlarını bölüşüb: “Məqsədimiz üstün keyfiyyət və müasir texnologiyanı daha geniş auditoriyaya çatdırmaqdır. Bu tədbir "Changan"ın yalnız yeni xidmət və satış mərkəzinin açılışı deyil, "Changan"ın Azərbaycandakı mövqeyini gücləndirən bir addımdır”.
Tədbir müzakirələrlə yekunlaşıb və iştirakçılar onları maraqlandıran sualları mütəxəssisələrə ünvanlamaq imkanı əldə ediblər.
Sonda iştirakçılara hədiyyələr təqdim olunub.
“Changan”ın Babək filialının açılış mərasimindən videogörüntüləri təqdim edirik: