...

Bolqarıstan və Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir - Səfir

İqtisadiyyat Materials 3 Mart 2025 19:59 (UTC +04:00)
Bolqarıstan və Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir - Səfir
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstan və Azərbaycan regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş strateji enerji tərəfdaşlığını dərinləşdirmək niyyətindədirlər.

Trend xəbər verir ki, bunu bu gün Bolqarıstanın Bakıdakı səfiri Ruslan Stoyanov ölkənin Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə deyib.

Tədbirdə çıxış edən səfir, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın qarşılıqlı əhəmiyyətini vurğulayıb.

"Uzunmüddətli sazişə əsasən, Azərbaycan hazırda Bolqarıstanın illik qaz istehlakının demək olar ki, yarısını təmin edir. Biz enerji sektorunda əlaqələrimizi daha da gücləndirməyə sadiqik", - o deyib.

Səfir həmçinin, Bolqarıstanın Xəzər regionundan Avropaya “yaşıl” enerjinin ötürülməsində əməkdaşlığa maraq göstərdiyini, bu da hər iki ölkənin davamlı inkişaf məqsədlərinə uyğun olduğunu bildirib.

"Enerji sahəsində əməkdaşlıq strateji tərəfdaşlığımızın təməl daşı olaraq qalır və biz bu sahədə əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik", - Stoyanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti