...

Dünyanın 100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək bir təşkilat yaradılacaq

İqtisadiyyat Materials 4 Mart 2025 10:26 (UTC +04:00)
Dünyanın 100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək bir təşkilat yaradılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Biz dünyanın 100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək böyük bir təşkilat yaradacağıq.

Trend xəbər verir ki, bunu “Caspian Energy Club”un idarə heyətinin sədri, baş icraçı direktor Telman Əliyev bu gün Bakıda keçirilən Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrin inkişafına dair “B2B Forum”unda deyib.

O bildirib ki, bu ildən etibarən Azərbaycan Milli Biznes Assosiasiyası yaranır:

"Biz dünyanın 100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək böyük bir təşkilat yaradacağıq. 100-dən çox ölkədə Azərbaycan biznesi fəaliyyət göstərir. Bu istiqamətdə də dəstəyə ehtiyacımız var. Əməkdaşlığımızın ikitərəfli olmasını istəyərdik. Çünki ikitərəfli hərəkət daha uğurlu olur".

Xəbər lenti

Xəbər lenti