Bakı.Trend:
“Qazaxıstan Dəmir Yolları” (KTJ) və “Azərbaycan Dəmir Yolları” ASC-ə vaqon dəstəyi göstərəcək.
Trend-in məlumatına görə, bunu Beynəlxalq "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) Assosiasiyasının Baş katibi Qaydar Abdikerimov Bakıda keçirilən assosiasiya iclasında bildirib.
"Bu gün keçirilən iclas çərçivəsində icra orqanının təşkilati məsələləri, TBNM (Orta Dəhliz) marşrutu üzrə vaqon parkının formalaşdırılması, eləcə də KTJ milli şirkətinin Azərbaycan və Gürcüstan dəmir yollarına vaqon dəstəyi göstərməsi məsələləri müzakirə ediləcək",- deyə o qeyd edib.
Qeyd edək ki, görüşün yekununda Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyasının 22-ci iclasının protokolu imzalanıb. Protokolda səkkiz məsələ var. Tədbir çərçivəsində Qazaxıstan Dəmir Yolları (KTZ) ilə PTC Holdinq arasında anlaşma və qarşılıqlı dəstək memorandumu imzalanıb.
TBNM Beynəlxalq Assosiasiyasının iclasından sonra JSC Poti TransTerminal (Gürcüstan), Xi’an Free Trade Port Construction and Operation Co., LTD (Çin) və UZ Cargo Poland Sp. z o.o. (Polşa) üzv statusu alıblar.
