...

Latviyadan Azərbaycana ərzaq ixracı artır

İqtisadiyyat Materials 4 Mart 2025 12:14 (UTC +04:00)
Latviyadan Azərbaycana ərzaq ixracı artır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Latviyadan Azərbaycana ərzaq ixracı artır.

Trend xəbər verir ki, bunu bu gün Latviyanın ticarə-sənaye palatasının Aİ layihələri üzər departamentinin direktoru Liqa Siçyova Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrin inkişafına həsr olunmuş B2B Forumunda etdiyi çıxışda deyib.

Siçyova qeyd edib ki, Latviya əsasən Azərbaycana heyvan mənşəli məhsullar, qida məhsulları, kimya sənayesi məhsulları və əczaçılıq məhsulları ixrac edir.

“Bizi xüsusilə Azərbaycana ərzaq məhsulları ixracının artması sevindirir və bu göstəricilər artmaqda davam edir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Latviya Azərbaycandan başlıca olaraq metal, maşınqayırma məhsulları, o cümlədən qida məhsulları və tərəvəz idxal edir.

“Biz ticarətin hər iki istiqamətdə inkişaf etməsindən məmnunuq, çünki yalnız qarşılıqlı mübadilə şəraitində möhkəm iqtisadi əlaqələrdən danışmaq olar”, - deyə L. Siçyova qeyd edib.

Qeyd edək ki, Bakı şəhərində Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş B2B Forum keçirilir. Tədbir LEF Network Azerbaijan layihəsi çərçivəsində, “Caspian Energy Club”un təşkilati dəstəyi ilə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti