...

MİDA Suraxanıda yaşayış binalarının tikintisini bu şirkətə həvalə etdi - 27,3 milyon manatlıq layihə

İqtisadiyyat Materials 8 Mart 2025 06:00 (UTC +04:00)
MİDA Suraxanıda yaşayış binalarının tikintisini bu şirkətə həvalə etdi - 27,3 milyon manatlıq layihə
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir müddət əvvəl elan etdiyi beş ədəd çoxmənzilli yaşayış binasının tikintisi işlərinə başlayır.

Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı agentlik müvafiq işlərə yekun vurub.

Qeyd edək ki, sözügedən işlər 2,31 ha torpaq sahəsində inşa olunacaq, bununla yanaşı, mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.

MİDA qeyd olunan işlərin icrasını "Amal Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 27,3 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu "Amal Group" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi İbrahimli Orxan Asif oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti