Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində avtovağzal
binası layihələndiriləcək.
Trend-in əldə
etdiyi məlumata görə, layihələndirmə işləri mövcud iki mərtəbəli
eni 15 metr, uzunu 43,7 metr olan Avtovağzal binasında
aparılacaq.
Belə ki, artıq bununla bağlı Şərur Rayon İcra Hakimiyyəti (RİH) müvafiq işlərə yekun vurub və hazırda layihə-smeta sənədlərinin hazırlanması işləri start götürüb.
Layihələndirmə işlərinə uyğun olaraq aşağıdakı işlər
görüləcək:
-Binada ölçü işlərinin aparılması
-Memarlıq bölməsinin hazırlanması -Baş planın hazırlanması
-Geoloji hesabat və Geoloji rəyin hesablanması
-Topoqrafiq xəritənin hazırlanması -Statik və dinamik hesabatların
hazırlanması
-Konstruktiv cizgilərin hazırlanması -Elektrik təchizatı bölməsinin
hazırlanması
-Yanğın siqnalizasiya bölməsinin hazırlanması
-İsitmə və ventilyasiya bölməsinin hazırlanması
-Daxili qaz təchizatı bölməsinin hazırlanması
-Ümumi izahat toplusunun hazırlanması
-Ümumi smetanın hazırlanması
-Qüsur aktının hazırlanması
-Kompleks müayinə işlərinin aparılması
Qeyd olunur ki, hazırlanmış layihə-smeta sənədlərinin ekspertizada
müdafiəsi işlərə daxildir.
RİH mövcud avtovağzal binasının layihələndirilməsinin 168,9 min manata başa gələcəyini ehtimal edib.