Bakı. Trend:
Bu ilin ilk iki ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 4 864,8 mln. kVt·st olub.
Trend-in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 4 864,8 mln. kVt·st, ixracı 301,5 mln. kVt·st, idxalı isə 19,5 mln. kVt·st olub. Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib”, - deyə paylaşımda qeyd edilib.