Bakı.Trend:
2024-cü il ərzində "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi zamanı Bərdə stansiya binası-yük və sərnişin platforması, piyada keçidi, Köçərli stansiyası-sərnişin platforması, Təzəkənd dayanacağı-sərnişin platforması, 9 ədəd qorunan keçid üzrə xidməti binaların, elektrik təchizatı üzrə dirəklərin basdırılması və hava xəttinin çəkilişi, Bərdə yarımstansiya binasının tikintisi, rabitə-işarəvermə üzrə yolda nəzərdə tutulan bütün çöl avadanlıqları və Bərdə, Köçərli və Təzəkənd stansiyalarında daxili avadanlıqların quraşdırılması, Ağdam Vağzal kompleksində beton konstruksiya işləri, yol işçiləri üçün bina, iri və kiçik ölçülü nəqliyyat vasitələri üçün servis binaları, Ağdam Vağzal kompleksində tarixi kommunikasiya xətlərinin çəkilməsi işləri tamamlanıb.
Trend xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Məlumat görə, eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 2,3 mln. kubmetr torpaq işləri, 8 ədəd körpünün, 2 ədəd alt keçidin, 14 ədəd suötürücü boruların və 629 pm istinad divarlarının tikinti işləri, 2 ədəd dəmir yolu tunellərin qazılması, 1 ədəd tunelin və 1 ədəd qalereyanın dəmir-beton işlərinin tamamlanması, 8,6 km rels-şpal çərçivələrinin, 1,6 km uzunölçülü relslərin və 6 ədəd yoldəyişən qurğunun quraşdırılması işləri tamamlanıb.