...

Ötən il illik inflyasiya hədəf diapazonu daxilində olub - Baş nazir

İqtisadiyyat Materials 14 Mart 2025 11:23 (UTC +04:00)
Ötən il illik inflyasiya hədəf diapazonu daxilində olub - Baş nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ilində (2024-cü il) illik inflyasiya hədəf diapazonu daxilində olub. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4,9%, orta illik inflyasiya isə 2,2% olub.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37.2 mlrd. manat (102% icra), xərcləri isə 37,7 mlrd. manat (95% icra) təşkil edib.

“Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi - maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilib”, - deyə Ə.Əsədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti