Bakı. Trend:
Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə mənfəət neftinin və qazın satışından 11,4 milyard manat məbləğində vəsait daxil olub.
Trend bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.
Məlumata görə, bu gəlirlər Fondun ümumi büdcə gəlirlərinin 63,6%-ni təşkil edib.
Hesabat ilində Fondun mənfəət neftinin və qazın satışı ilə bağlı gəlirləri 2023-cü illə müqayisədə 1,8 milyard ABŞ dolları və ya 21,1% az olub.
Azəri-Çıraq-Günəşli yatağında hasilatın həcmi 125milyon barel təşkil etməklə 2023-cü illə müqayisədə 7,7 milyon barel və ya 5,8% azalıb.
Mənfəət neftinin qiymətinin büdcədə nəzərdə tutulana (75 ABŞ dolları) nisbətən yüksək olması bu maddə üzrə gəlirlərin artmasına şərait yaradıb.
Belə ki, 2024-cü ildə xam neftin satış qiyməti 82,3 ABŞ dolları olub ki, bu da büdcədə nəzərdə tutulan qiymətə nisbətən 7,3 ABŞ dolları çoxdur.