...

"Multilaterla AI" təsisçisi Süni İntellektin qlobal nizamlanmasının problemləri və perspektivləri haqda

İqtisadiyyat Materials 15 Mart 2025 11:14 (UTC +04:00)
"Multilaterla AI" təsisçisi Süni İntellektin qlobal nizamlanmasının problemləri və perspektivləri haqda
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellektin (Sİ) nizamlanmasının müasir mexanizmləri onun sürətli inkişafı ilə ayaqlaşa bilmir ki, bu da parçalanma və milli nəzarətin güclənməsi riskləri yaradır.

Trend xəbər verir ki, bunu “Multilateral AI” şirkətinin təsisçisi və direktoru Sem Dos XII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya üçün yeni texnologiyalar” mövzulu panel müzakirələrində etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, süni intellektin, o cümlədən açıq modellərin və multimodal agentlərin ildırımsürətli inkişafı, eyni zamanda onların kvant texnologiyaları ilə mümkün inteqrasiyası nizamlama sahəsində təcili həllər tələb edir. Lakin beynəlxalq idarəçilik hələ ki, texnoloji tərəqqinin inkişaf templərindən geridə qalır.

“2025-ci ildə biz “Süni intellektin suverenliyi” konsepsiyasına doğru irəliləyirik. Belə ki, dövlətlər aparat təminatı, modellər və məlumatlar üzərində nəzarəti gücləndirəcək, həmçinin süni intellekti milli təhlükəsizlik sektoruna da inteqrasiya etdirəcək. Qlobal nizamlama bu dəyişikliklərə uğyunlaşmalıdır.”, -deyə Sem Dos bildirib.

O eyni zamanda süni intellektin nizamlanması məsələsinə olan yanaşmadakı pərakəndəlikdən söz açıb. Avropa İttifaqı, Avropa Şurası və Çin artıq artıq təfsilatlı normalar hazırlayıblar, digər yandan Cənub-Şərqi Asiya Ölkələri Assosasiyası, Afrika İttifaqı, Latın Amerikası və Ərəb Liqası ölkələri öz təşəbbüslərini irəli sürməyə başlayıblar. Bu arada nizamlama prosesinə artıq BRİKS+ və Şanxay Əməkdaşlıq Təşkilatı da qoşulub.

“Süni intellektin nizamlanmasına marağın artmasına baxmayaraq, həllsiz qalan bir sıra məsələlər qalmaqdadır və bir sıra beynəlxalq təşəbbüslərin taleyi hələ ki, aydın deyil”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti