...

Yunanıstanın sabiq baş naziri Süni İntellekt və qabaqcıl texnologiyalar sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi haqda

İqtisadiyyat Materials 15 Mart 2025 11:38 (UTC +04:00)
Yunanıstanın sabiq baş naziri Süni İntellekt və qabaqcıl texnologiyalar sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi haqda
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt və qabaqcıl texnologiyalar sahəsində ABŞ və Çin arasında əməkdaşlıq qlobal təhlükəsizlik baxımından son dərəcə vacibdir.

Trend xəbər verir ki, bunu 2009-2011-ci illərdə Yunanıstanın baş naziri olmuş Qeorgios Papandreu XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel müzakirəsində etdiyi çıxışda söyləyib.

"Bu gün əsas suallardan biri budur: süni intellekt və qabaqcıl texnologiyalara nəzarət kimə məxsusdur? Süni İntellekt üzərində hakimiyyət məhdud sayda insanın əlində cəmləşib, yoxsa bu texnologiyalar cəmiyyətin maraqlarına uyğun şəkildə idarə olunur? Qərb ölkələrində, xüsusilə ABŞ-da biz texnloji oliqarxların əllərində nəzarətin getdikcə daha çox cəmləşdiyini müşahidə edirik. Qabaqcıl texnologiyalar üzərində hakimiyyət getdikcə daha qeyri-bərabər şəkildə bölüşdürülür və ictimai nəzarətdən kənar qalır", - deyə o bildirib.

Papandreu vurğulayıb ki, əsas məsələ bu texnologiyaların necə istifadə olunacağıdır: hakimiyyət və elitaların təsirini gücləndirmək, vətəndaşlara nəzarət etmək, yoxsa cəmiyyətin rifahı naminə – xəstəliklərin müalicəsi, diaqnostikanın yaxşılaşdırılması, təhsilin inkişafı və iqlim dəyişikliyinə qarşı mübarizə üçün.

Onun sözlərinə görə, geosiyasi rəqabət texnologiyaları artıq qlobal liderlik uğrunda mübarizə alətinə çevirib və bu son dərəcə təhlükəlidir. Süni intellektin kütləvi qırğın silahları ilə birləşməsi nəzarətdən çıxa bilər.

"Biz bu sistemlərin necə işlədiyini həmişə tam anlamırıq, bu isə riskləri artırır. Məhz buna görə də beynəlxalq əməkdaşlığın, o cümlədən ABŞ və Çin arasında qarşılıqlı əlaqənin qurulması son dərəcə vacibdir. Siyasi fikir ayrılıqlarından asılı olmayaraq, süni intellekt və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlıq zəruridir”,- deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti