...

Naxçıvanda bu polimetal yataqlarının rəqəmsal xəritəsi hazırlanıb

İqtisadiyyat Materials 17 Mart 2025 18:18 (UTC +04:00)
Naxçıvanda bu polimetal yataqlarının rəqəmsal xəritəsi hazırlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında filiz faydalı qazıntı yataqlarının axtarış-təftişi və ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 4 quyu qazılıb, yataqlaşdırılmamış ərazidə auksionlar vasitəsilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fonduna 655.210 manat vəsait daxil edilib.

Trend xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunlar və gələcək perspektivlər barədə mətbuat konfransında deyib.

O vurğulayıb ki, filiz faydalı qazıntı yataqlarının axtarış-təftişi və ehtiyatlarının qiymətləndirilməsi layihəsinə müvafiq olaraq Ağdərə-Nəsirvaz filizləşmə sahəsində layihə üzrə nəzərdə tutulmuş buruq qazma işləri tam həcmdə (900 p/metr ümumi dərinlikdə 4 quyu) yerinə yetirilmiş, ümumilikdə 194 ədəd kern nümunəsi götürülmüş, 2000 m3 həcmdə 24 ədəd xəndək, 150 p/metr həcmdə 38 ədəd şurf qazılıb.

"Xəndək və şurflardan 110 ədəd şırım sınağı götürülüb. Layihə üzrə çöl-geoloji kəşfiyyat işləri yekunlaşdırılıb.

“Parağaçay”, “Qapıcıq” molibden, “Nəsirvaz-Ağdarə” və “Gümüşlü” polimetal yataqları haqqında informasiyalar toplanmış, yataqlar haqqında icmal məlumatlar və cizgilər MTA-ya (Türkiyə Respublikası Maden Tetkik ve Arama Genel Müdürlüğü) göndərilib. “Parağaçay”, “Qapıcıq” molibden, “Nəsirvaz-Ağdarə” və “Gümüşlü” polimetal yataqlarının rəqəmsal xəritəsi hazırlanıb", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti