...

BTC kəməri vasitəsilə nəql edilən neftin həcmi 6%-dən çox azalıb

İqtisadiyyat Materials 18 Mart 2025 09:48 (UTC +04:00)
BTC kəməri vasitəsilə nəql edilən neftin həcmi 6%-dən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 6,05 milyon ton neft nəql edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 259 min ton və ya 4,1% azdır. Ötən ilin eyni dövründə magistral neft kəmərləri ilə 6,3 milyon ton neft nəql edilib.

Bu ilin ilk iki ayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə 4,43 milyon ton neft ötürülüb. Bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 295 min ton, yaxud da 6,2% azdır.

Belə ki, keçən ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri vasitəsilə ötürülən neftin miqdarı 4,725 milyon ton olub.

Qeyd edək ki, hesabat dövründə BTC kəməri ilə nəql edilən neftin 83,9%-ni və ya 3,72 milyon tonunu Azərbaycanda hasil edilən neft, 16,1 faizini və ya 711,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti