...

Qeyri neft-qaz sektorunda məhsul istehsalı 7%-ə yaxın artıb

İqtisadiyyat Materials 18 Mart 2025 11:03 (UTC +04:00)
Qeyri neft-qaz sektorunda məhsul istehsalı 7%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 10,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 500 milyon manat və ya 1,9% az sənaye məhsulu istehsal edilib. 2024-cü ilin yanvar-fevral aylarında istehsal olunan sənaye məhsulunun dəyəri 10,2 milyard manat idi.

Məhsul istehsalı neft-qaz sektorunda 3,2% azalıb, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.

Sənaye məhsulunun 60,9%-i mədənçıxarma, 31,8%-I emal, 6,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 77,4 % təşkil edib. Ümumi istehsalın 88,8%-i sənaye məhsullarının istehsalı, 11,2-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti