...

Azərbaycana gətirilən bu məhsullara görə də gömrük yığımı alınacaq

İqtisadiyyat Materials 18 Mart 2025 11:41 (UTC +04:00)
Azərbaycana gətirilən bu məhsullara görə də gömrük yığımı alınacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, gömrük yığımlarına bir sıra əlavələr edilib.

Belə ki, aprelin 1-dən etibarən Azərbaycana gətirilən dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat, şüşə məmulatlarının 1 tonu üçün 100 manat, armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün 100 manat gömrük yığımı alınacaq.

Bu qərar 2025-ci il 1 aprel tarixindən qüvvəyə minir və 2026-cı il 1 yanvar tarixinədək qüvvədədir.

Xəbər lenti

Xəbər lenti