Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Trend-in İKZF-dən əldə etdiyi məlumata əsasən, fondun xətti ilə İKZF-nin yaradılmasından indiyədək 53 min 609 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 3,4 milyard manat təşkil edib.
Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 543,4 milyon manata bərabər olub.
Həmçinin kirayəçilərin istifadəsinə 6764 yaşayış sahəsi verilib.