Bakı. Trend:
2024-cü il üzrə xarici ticarət dövriyyəsi 43.2 milyard ABŞ dolları təşkil edib, neft-qaz sektoru üzrə 20.3 milyard ABŞ dolları həcmində profisit qeyri neft-qaz sektoru üzrə 11.5 milyard ABŞ dolları həcmində kəsiri tam bağlayıb.
Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, hesabat dövründə xarici ticarət balansında 8.8 milyard ABŞ dolları həcmində profisit yaranıb.
2024-cü ildə Azərbaycanın dünyanın 180 ölkəsi ilə ticarət əlaqələri olub. Xarici ticarətin 14.4%-i MDB üzvü olan ölkələrin, 85.6%-i isə digər xarici ölkələrin payına düşür.