...

İrana və Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb

İqtisadiyyat Materials 18 Mart 2025 14:23 (UTC +04:00)
İrana və Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 296,3 min nəfər olub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 faiz, Gürcüstana gedənlərin sayı 17,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,7 faiz azalıb.

Qeyd edilib ki, Azərbaycan vətəndaşlarının 36,9 faizi Türkiyəyə, 15,8 faizi Rusiya Federasiyasına, 11,4 faizi Gürcüstana, 10,7 faizi İrana, 25,2 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 67,5 faizini kişilər, 32,5 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,1 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti