...

Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobuslar istehsal edəcək rezident qeydə alınıb

İqtisadiyyat Materials 19 Mart 2025 16:48 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobuslar istehsal edəcək rezident qeydə alınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Azerbaijan Energy Automotive Factory” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, ötən ilin noyabrında Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılmasına dair imzalanmış müqavilə çərçivəsində “Azerbaijan Energy Automotive Factory” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Məlumata görə, yeni qeydiyyata alınan rezident tərəfindən Sənaye Parkının ərazisində elektrik mühərrikli avtobusların istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 29 milyon manatdan çox olan layihə çərçivəsində 600 nəfər işlə təmin ediləcək.

Çinin qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisənin cari ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Şirkət tərəfindən istehsal ediləcək elektrik mühərrikli avtobuslar BYD markası adı altında satışa çıxarılacaq və ilkin mərhələdə 12 metr uzunluğunda olan BYD "K9UD" model avtobusların istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 500 ədəd avtobus təşkil edəcək.

İstehsal ediləcək elektrik mühərrikli avtobuslar ilkin mərhələdə daxili təlabatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə ixracı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti