...

Azərbaycanda kolbasa istehsalı təxminən 7 % azalıb

İqtisadiyyat Materials 21 Mart 2025 03:32 (UTC +04:00)
Azərbaycanda kolbasa istehsalı təxminən 7 % azalıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 min 658,5 ton kolbasa məmulatları istehsal edilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 % azdır.

Martın 1-nə ölkədə 53,2 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 0,2 % çoxdur.

Xatırladaq ki, iki ayda Azərbaycanda 933,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 10,7 % çoxdur.

Xəbər lenti

Xəbər lenti