Bakı. Trend:
Ötən il Azərbaycandan İsveçrəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,525 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,457 milyon ABŞ dolları və ya 18,2% azalıb.
Hesabat ilində ölkənin ümumi pul köçürmələrində İsveçrənin payı 1,2% təşkil edib.
Həmçinin ötən il İsveçrədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 10,161 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,033 milyon ABŞ dolları və ya 11,3% artım deməkdir.
2023-cü ildə Azərbaycandan İsveçrəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,982 milyon ABŞ dolları, əks istiqamətdə isə 9,128 milyon ABŞ dolları təşkil etmişdi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,367 milyon ABŞ dolları və ya 4,2% azdır.
Eyni zamanda hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,942 milyon ABŞ dolları və ya 34,6% azdır.