Bakı. Trend:
Ötən il Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 60,425 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,457 milyon ABŞ dolları və ya 10,3% artıb.
Hesabat ilində ölkənin ümumi pul köçürmələrində ABŞ-nin payı 11,5% təşkil edib. Bununla da ABŞ Azərbaycandan ən çox pul köçürülən ölkələr sırasında ikinci pillədə qərarlaşıb.
Həmçinin, ötən il Amerika Birləşmiş Ştatlarından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 64,984 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 8,822 milyon ABŞ dolları və ya 11,9% azalma deməkdir.
Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində ABŞ-nin payı 6% təşkil edib.
2023-cü ildə Azərbaycandan ABŞ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 54,801 milyon ABŞ dolları, əks istiqamətdə isə 73,806 milyon ABŞ dolları təşkil etmişdi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,367 milyon ABŞ dolları və ya 4,2% azdır.
Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,942 milyon ABŞ dolları və ya 34,6% azdır.