...

Ötən il Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan 10 ölkə - CƏDVƏL

İqtisadiyyat Materials 27 Mart 2025 10:25 (UTC +04:00)
Ötən il Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan 10 ölkə - CƏDVƏL
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar əvvəlki illə müqayisədə 5,8% və ya 388 milyon ABŞ dolları artaraq 7,046 milyard ABŞ dollarına çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkə Birləşmiş Krallığ olub. Bu ölkədən yatırımların həcmi 1,75 milyard ABŞ dolları (illik müqayisədə 109 milyon ABŞ dolları və ya 5,9% az) olub.

Siyahının ikinci pilləsində 1,2 milyard ABŞ dolları investisiya ilə (6,4% və ya 83,4 milyon ABŞ dolları az) Türkiyə qərarlaşıb.

Azərbaycan iqtisadiyyatın ən çox investisiya yatıran üçüncü ölkə isə Macarıstan olub. Bu ölkədən Azərbaycana birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 5,1 dəfə, yaxud da 821,2 milyon ABŞ dolları artaraq 1 milyard ABŞ dollarına çatıb.

2024-cü ildə Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 10 ölkə ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Dövlətlərin adı Məbləğ Xüsusi
(min ABŞ dolları) çəkisi (faizlə)
Birləşmiş Krallıq 1 748 822 24,8
Türkiyə 1 219 015 17,3
Macarıstan 1 018 648 14,5
Kipr 746 789 10,6
Birləşmiş Ərəb Əmirlikləri 490 156 7,0
İran İslam Respublikası 371 487 5,3
Yaponiya 241 482 3,4
Rusiya Federasiyası 234 312 3,3
Amerika Birləşmiş Ştatları 149 826 2,1
Norveç 136 737 1,9
Məqalədə:
Xəbər lenti

Xəbər lenti