...

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

İqtisadiyyat Materials 28 Mart 2025 09:34 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,23 ABŞ dolları və ya 0,3% azalaraq 76,06 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,14 dollar və ya 0,25% ucuzlaşaraq 74,23 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,25 dollar və ya 0,41% azalaraq 59,61 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,39 dollar və ya 0,52% ucuzlaşaraq 74,49 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti