Bakı. Trend:
Ötən il Azərbaycan Avstraliya iqtisadiyyatına 40,3 milyon ABŞ dolları sərmayə qoyub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2023-cü ildəki göstərici ilə müqayisədə 27,2 milyon ABŞ dolları və ya 3,1 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Avstraliyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 2,3% təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 13,1 milyon ABŞ dollarına bərabər olub.
Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.