Bakı. Trend:
Ötən il Azərbaycandan Belçikaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,7 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 560 min ABŞ dolları və ya 13,3% azdır.
Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Belçikanın payı 0,7% təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan Belçikaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,2 milyon ABŞ dolları idi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.
Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.