...

Azərbaycanda viski və brendi istehsalı 60%-ə yaxın ARTIB

İqtisadiyyat Materials 31 Mart 2025 17:17 (UTC +04:00)
Azərbaycanda viski və brendi istehsalı 60%-ə yaxın ARTIB
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 141,7 min dekalitr viski və brendi istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, viski və brendinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 57,3% və ya 51,6 min dekalitr artıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycanda 90,1 min dekalitr viski və brendi istehsal edilib.

Bu ilin martın 1-nə olan məlumata görə, viski və brendi istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 290,8 min dekalitr təşkil edib.

Qeyd edək ki, 1 dekalitr 10 litrə bərabərdir. Bu ölçü vahidi əsasən mayelərin həcmini ifadə etmək üçün istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti