...

Qara dənizdən keçəcək sualtı kabel layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazır olacağı tarix açıqlandı

İqtisadiyyat Materials 7 Aprel 2025 12:56 (UTC +04:00)
Qara dənizdən keçəcək sualtı kabel layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazır olacağı tarix açıqlandı
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qara dənizdən keçəcək sualtı kabel layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın (TİƏ) 2025-ci ilin üçüncü rübünə hazırlanması planlaşdırılır.

Trend xəbər verir ki, bunu MVM Group baş direktoru Karoli Matray Bakıda, “Daha yaşıl gəlcəəyə doğru innovativ yollar: Bərpaolunan enerji mənbələri və tullantıların azaldılması” mövzusunda ADA universitetində keçirilən tədbirdə çıxışında bildirib.

“TİƏ-ni “CESI” italyan konsaltinq şirkəti hazırlayır. Biz artıq bəzi ilkin hesablamaları görümüşük və ilkin qiymətləndirməyə əsasən, tələb olunan investisiyanın həcmi milyardlarla avro təşkil edir”, - deyə o bildirib.

Baş direktorun sözlərinə görə, bu layihənin həyata keçirilməsi o cümlədən Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsinə iki ildən çox zaman lazım gələcək.

“Mütləq nəzərə almaq lazımdır ki, kabel dənizin altı ilə çəkiləcək və bəzi hallarda Xəzər regionunun enerji bazarı Avropa bazarını dəstəkləyə biləcək, digər hallarda isə əksinə – Avropa bazarı Xəzər regionunda sabitliyə töhfə verəcək. Bu ssenarilər diqqətlə təhlil olunmalıdır”, – deyə K. Matray qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti