...

İranın yol və şəhərsalma naziri Bakıya gəlir

İqtisadiyyat Materials 7 Aprel 2025 16:39 (UTC +04:00)
İranın yol və şəhərsalma naziri Bakıya gəlir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İranın yol və şəhərsalma naziri və İran və Azərbaycan Dövlətlərarası Birgə İqtisadi Komissiyanın iranlı həmsədri Fərzanə Sadiq 3 günlük səfər çərçivəsində Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müşaviri Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, iranlı nazirin Azərbaycana səfəri Azərbaycanın Baş nazirinin müavini və Azərbaycan və İran Dövlətlərarası Birgə Dövlət Komissiyasının azərbaycanlı həmsədri Şahin Mustafayevin dəvəti əsasında baş tutur.

Tərəffo bildirib ki, səfərdə İranın yol və şəhərsalma nazirini bir sıra dövlət qurumlarının nümayəndələri müşayiət edəcək və İran prezidenti Məsud Pezeşkianın Azərbaycana baş tutacaq səfəri çərçivəsində danışıqlar aparılacaq.

İranlı rəsmi qeyd edib ki, səfər çərçivəsində iki ölkənin nəqliyyat, gömrük, su və enerji, neft və qaz, preferensial ticarət və sairə haqda birgə layihələrinin son vəziyyəti araşdırılacaq və ehtimal olunan maneələrin aradan qaldırılması üzrə lazımi danışıqlar aparılacaq.

“İranlı nazirin Azərbaycana səfərində iki ölkənin birgə sərhəd layihələri ilə yaxından tanış olması, həmçinin, nəqliyyat və sərhəd əməkdaşlığı üzrə yeni anlaşmanın tənzimlənməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti