...

Azərbaycanın Belçikaya ixracı 22 dəfədən çox azalıb

İqtisadiyyat Materials 8 Aprel 2025 15:10 (UTC +04:00)
Azərbaycanın Belçikaya ixracı 22 dəfədən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Belçika arasında ticarət əməliyyatlarının həcmi 8,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 5,8 milyon ABŞ dolları və ya 39,5% azdır. 2024-cü ilin eyni dövründə Azərbaycanla Belçika arasında ticarət əməliyyatlarının həcmi 14,7 milyon ABŞ dolları idi.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Belçikaya ixracın həcmi 292 min ABŞ dolları olub. Bu, illik müqayisədə 6,3 milyon ABŞ dolları, yaxud da 22,7 dəfə azdır. Ötən ilin müvafiq dövründə Azərbaycandan Belçikaya ixracın həcmi 6,6 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə Belçikadan Azərbaycana 8,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 522 min ABŞ dolları və ya 6,5% artım deməkdir. 2024-cü ilin yanvar-fevral aylarında Belçikadan Azərbaycana idxalın həcmi 8,1 milyon ABŞ dolları idi.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur. Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti