...

Bakıda orta aylıq nominal əməkhaqqı 9%-dən çox artıb

İqtisadiyyat Materials 8 Aprel 2025 14:49 (UTC +04:00)
Bakıda orta aylıq nominal əməkhaqqı 9%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1332,6 manat təşkil edib.

Bu barədə Trend Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artaraq 1062,9 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3830,2 manat, qeyri neft-qaz sektorunda 1010,8 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1017,2 manat, özəl müəssisələrdə isə 1110,0 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti