...

Kəlbəcərdə transformator məntəqəsi tikiləcək - 2,4 milyon manat sərf olunacaq

İqtisadiyyat Materials 9 Aprel 2025 15:27 (UTC +04:00)
Kəlbəcərdə transformator məntəqəsi tikiləcək - 2,4 milyon manat sərf olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcər şəhərində 1-ci faza üzrə elektrik təchizatı məqsədilə transformator məntəqəsi tikiləcək.

Trend-in əldə etdiyi məlumata görə, bununla yanaşı, şəhərdə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri də aparılacaq.

Belə ki, artıq qeyd olunan işlərlə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) müvafiq işlərə başlayıb.

ASC hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda, ASC görüləcək işlərin müqabilində şirkətə 2,4 milyon manat ödəməyə hazır olduğunu da bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti