...

Serbiya Azərbaycandan məhsul alışını 18 dəfəyə yaxın artırıb

İqtisadiyyat Materials 9 Aprel 2025 15:56 (UTC +04:00)
Serbiya Azərbaycandan məhsul alışını 18 dəfəyə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Serbiya arasında ticarət əməliyyatlarının həcmi 47,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 43,2 milyon ABŞ dolları və ya 10,2 dəfə çoxdur.

Hesabat dövründə Serbiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,54%-i həcmində olub.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Serbiyaya 46,5 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 43,9 milyon ABŞ dolları və ya 17,9 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə Serbiyadan Azərbaycana 1,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 50,3% azalma deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti