...

EMTA və Dünya Bankı enerji sektorunda əməkdaşlığı müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 10 Aprel 2025 12:54 (UTC +04:00)
EMTA və Dünya Bankı enerji sektorunda əməkdaşlığı müzakirə edib (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 9-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının təcrübə meneceri Stefani Gilin rəhbərlik etdiyi enerji məsələləri üzrə nümayəndə heyətini qəbul edib.

Trend-ə bu barədə EMTA-dan məlumat verilib.

Məlumata görə, görüşdə Dünya Bankının təklif etdiyi dəstək istiqamətləri üzrə məsləhətləşmələr aparılıb, eləcə də Enerji Effektivliyi Fondunun (EEF) fəaliyyətinə toxunulub.

Qeyd edək ki, EMTA Dünya Bankı ilə “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Hesabına Elektrik Enerjisi İstehsalının Genişləndirilməsi Layihəsi” (AZURE) çərçivəsində əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti