...

Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyası qurulacaq

İqtisadiyyat Materials 10 Aprel 2025 14:31 (UTC +04:00)
Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyası qurulacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Agas Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.

İZİA-dan Trend-ə verilən məlumata görə, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.

Məlumata görə, şirkət tərəfindən Sənaye Parkının ərazisində 2,5 MVt-lıq günəş elektrik stansiyasının (GES) qurulması planlaşdırılır.

Layihənin həyata keçirilməsi ilə Sənaye Parkının enerji təminatının bir hissəsi alternativ və bərpa olunan enerji mənbələrinin hesabına ödəniləcək.

İnvestisiya dəyəri 1,4 milyon manat olan layihə çərçivəsində 5 nəfər daimi işlə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti