...

Azərbaycan Braziliyadan məhsul idxalını 7 dəfədən çox artırıb

İqtisadiyyat Materials 10 Aprel 2025 17:13 (UTC +04:00)
Azərbaycan Braziliyadan məhsul idxalını 7 dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Braziliya arasında ticarət əməliyyatlarının həcmi 109,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 95,2 milyon ABŞ dolları və ya 7,6 dəfə çoxdur.

Hesabat dövründə Braziliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,23%-i həcmində olub.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Braziliyaya 43 min dollarlıq məhsul ixracı qeydə alınıb. Ötən ilin eyni dövründə sözügedən ölkəyə Azərbaycandan məhsul ixracı qeydə alınmayıb.

Eyni zamanda, hesabat dövründə Braziliyadan Azərbaycana 109,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 95,1 milyon ABŞ dolları və ya 7,6 dəfə artım deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti