...

“Air Astana” Atırau və Bakı arasında birbaşa uçuşlara başlayır

İqtisadiyyat Materials 11 Aprel 2025 18:30 (UTC +04:00)
“Air Astana” Atırau və Bakı arasında birbaşa uçuşlara başlayır
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstanın “Air Astana” aviaşirkəti mayın 31-dən Atırau-Bakı-Atırau marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Air Astana" bu il bir sıra yeni beynəlxalq hava marşrutları açmağı planlaşdırır. Onların arasında Atırau-Bakı-Atırau reysi də var", - məlumatda deyilir.

Uçuşlar həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri "Airbus A320" təyyarələrində həyata keçiriləcək. Səyahət vaxtı 1 saat 25 dəqiqədir.

Air Astana 2001-ci ildə Qazaxıstanın "Samruk-Kazyna" suveren fondu (51%) və Böyük Britaniyanın BAE Systems (49%) şirkəti arasında birgə müəssisə kimi təsis edilmiş Qazaxıstanın milli aviaşirkətidir. Aviaşirkət 2002-ci il mayın 15-də fəaliyyətə başlayıb. Bu gün "Air Astana" Avropa, Asiya və Yaxın Şərqdə 90-dan çox istiqamətə xidmət göstərən Mərkəzi Asiya və Qafqazın ən böyük aviaşirkətidir.

Xəbər lenti

Xəbər lenti