Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçılara 342,5 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 milyon manat və ya 9,1% çoxdur.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda istehlakçılara 313,9 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılmışdı.
Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,3% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən, 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.